wap.ziyaret.im :: Saxta hedislerin yaranması - Seyyid Ebdülhüseyn Şerefuddin Amili
Saxta hedislerin yaranması - Seyyid Ebdülhüseyn Şerefuddin Amili
Müaviyenin xilafeti zamanı

Müaviyenin xilafeti dövründe Ebu Hüreyrenin veziyyeti xeyli yaxşılaşdı. Onun çoxdankı arzuları artıq heyata keçmeye başlayırdı. Daha münasib mövqe elde etmek üçün Müaviyenin fezileti ve böyüklüyü haqqında onlarla hedis uydurdu ve nehayet Beni-Ümeyyenin razılığını elde ede bildi.
Bu dövrde (Beni-Ümeyyeden olan) hakim ve rehberlerin feziletine ve Beni-Haşimin eleyhine Peyğember (s) hele öz sağlığında gelecekde öz ümmeti arasında bele bir veziyyetin yaranacağını xeber vermişdi. Hedis neql edenlerin ve onları Peyğember(s)-e aid eden şexslerin sayı bir çox şeher ve menteqelerde nezere çarpacaq miqdarda çoxaldı.
Onlar bir-birlerinden özlerinin bezi xüsusiyyetleri ile ferqlenirdiler. Her kes öz meqam ve ictimai mövqeyine uyğun terzde yalan hedis neql edir ve mümkün olduqca daha çox müşteri elde etmek isteyirdi. Ebu Hüreyre bu "sürünün" başçısı idi ve yalan hedis neql etmekde ona çatan ikinci bir şexs yox idi. O bu müddet erzinde heç kesin inana bilmediyi miqdarda müxtelif mövzularda hedis neql etdi.Biz bu fesilde onlardan bir neçesini qeyd edirik.
1-İbni Esakir, İbni Udeyy, Mehemmed ibni Aiz, Mehemmed ibni Ebdus-Semerqendi, Mehemmed ibni Mübarek Suru ve Xetib Bağdadi Ebu Hüreyreden bele neql edirler: Peyğember(s)-in bu sözleri buyurduğunu eşitdim: "Allah üç neferi: meni, Cebrayılı ve Müaviyeni öz vehyinin emanetdarı teyin etmişdir."
2-Xetib Bağdadi başqa bir hedisde Ebu Hüreyreden bele neql edir: "Bir gün Peyğember (s) şexsen özü Müaviyeye bir ox verib buyurdu: "Al bunu! Bu oxun vasitesi ile sen cennetde menim görüşüme geleceksen."
3-Ebu Abbas ve Velid ibni Ehmed Zuzeni "Şeceretul-eql" kitabında iki menbeden Ebu Hüreyreden bele neql edirler: Peyğember(s)-in bu sözleri buyurduğunu eşitdim: "Ebu Bekrin ağ mirvariden tikilmiş bir günbezi vardır. Orada daim Allah-tealanın rehmet küleyi eser. Onun zahiri Allahın efvi (bağışlaması), batini ise Allahın rizasıdır (razılığıdır). O, Allahı görmek isteyende oradan kiçik bir delik açılır ve o, hemin delikden Allaha tamaşa edir."
4-İbni Hebban Ebu Hüreyreden bele neql edir:
Peyğember (s) mühaciret günü mağaranı terk edib Medineye getdiyi zaman Ebu Bekr de onunla birlikde idi. O, Peyğember(s)-in devesinin yüyeninden yapışıb qabaqda gedirdi. Bir qeder yol getdikden sonra Peyğember (s) buyurdu: Ey Ebu Bekr! Sene bir müjde vermeyimi isteyirsenmi? Ebu Bekr dedi: Buyurun, ya Resulellah. Peyğember (s) dedi: Allah qiyamet günü hamı üçün ümumi suretde tecelli eder, (aşkar olar.) Amma senin üçün ayrılıqda tecelli eder!
5-İbni Hebban Ebu Hüreyreden

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Dəlil və Nəticə
wap.ziyaret.im