wap.ziyaret.im :: Destemazda ayaqları yumaq olarmı?
Destemazda ayaqları yumaq olarmı?
Sual: Ne üçün Ehli-sünne mezhebinin ardıcılları destemaz alarken, ayaqlarını yuyur, Ehli-beyt mezhebinin ardıcılları ise mesh cekirler?
Cavab: Bu suala cavab vermezden evvel, bir neçe meseleye diqqet yetirmek lazımdır:
1-Bütün müselmanlar (hem Ehli-sünne, hem de Ehli-beyt mezheblerinin ardıcılları) Allahın kitabına (Qurana) ve Peyğemberin (s) sünnesine emel etmeye çalışırlar.
Allah-taala müqeddes Quranda buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ
"Ey iman getirenler! Namaza durduğunuz zaman üzünüzü ve dirseklerle birlikde ellerinizi yuyun. (Yaş elinizle) başınızı ve her iki bende (oynağa) qeder ayaqlarınızı mesh edin."Maide suresi, 5/6.
Müselmanlar arasında mövcud olan ixtilaf ve fikir ayrılığı ise onların her hansı bir mesesleni müxtelif cür başa düşmelerinden ireli gelir. Qeyd olunmuş aye de o meselelerden biridir.
2-Hal-hazırda Ehli-sünne mezhebinin ardıcılları destemazda ayağı yumağı vacib bilirler. Fexri Razi bu ayenin (فاغسلو وجوهكم) tefsirinde bele yazır:
"Destemazda ayağı yumaq, yoxsa mesh etmek haqqında dörd nezer söylenilib:
A. Ayağı yumaq lazımdır;
B. Mesh etmek lazımdır;
C. Ya mesh etmek ve yaxud yumaq lazımdır;
D. Hem mesh etmek ve hem de yumaq lazımdır;
3-Ehli-sünne mezhebinin revayetleri arasında ekser revayetler yumağa delalet etse de, bezi revayetler mesh çekmeyi lazım bilirler. Teberi öz tefsir kitabında bu barede 10 hedis neql edir ki, o hedislerin birinde İbn Abbas deyir:
الوضو غسلتان و مسحتان
«Destemaz iki yumaq (üz ve eller) ve iki meshden (baş ve ayaqlar) ibaretdir».Tefsiri Teberi, 6/82.
Hemçinin, Enes, Ekreme, Şebi, Amir ve Qutadenin dediklerine esasen; -«Destemazda ayaqları yumaq yox, mesh cekmek lazımdır».Tefsiri Teberi, 6/82.
Destamaz baresinde istinad edilen aye beledir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ
"Ey iman getirenler! Namaza durduğunuz zaman üzünüzü ve dirseklerle birlikde ellerinizi yuyun. (Yaş elinizle) başınızı ve her iki bende (oynağa) qeder ayaqlarınızı mesh edin."Maide suresi, 5/6.
Ehli-sünne alimlerinin fikrince, «ارجلكم» sözü «وجوهكم» sözüne etf olunmuşdur. Bele ki, «وجوه» - yeni üzler yuyulmalı olduğu kimi, «ارجل» - yeni ayaqlar da yuyulmalıdır.
Lakin, Ehli-beyt mezhebi alimlerinin fikrince, «ارجلكم» (ayaqlarınız) sözü, «رُءُوسِكُمْ» (başlarınıza) sözüne etf olunur ve «رُءُوسِ» (başlar) mesh olunduğu kimi, «ارجل» (ayaqlar) da mesh olunmalıdır. Onlar deyirler ki, «ارجلكم» (ayaqlarınız) sözü «رُءُوسِكُمْ» (başlarınız) sözünün yanındadır ve ereb qrammatikasına esasen, o, en yaxın söze - «رُءُوسِكُمْ» sözüne etf olunmalıdır. Buna göre de

1 2 3 4

Dəlil və Nəticə
wap.ziyaret.im