wap.ziyaret.im :: Bezi sehabelerin Peyğember (s) vesiyyet yazarken mane olmaları
Bezi sehabelerin Peyğember (s) vesiyyet yazarken mane olmaları
Peyğemberin (s) vefatından 4 gün evvel baş vermiş bu hadiseni Buxari "Sehih" kitabında 6 revayetle qeyd edir.

O, İbn-Abbasdan revayet ederek deyir: "Cüme axşamı idi. Ele bir cüme axşamı idi ki, Peyğemberin (s) ağrıları şiddetlenmişdi. Bu zaman O (s) dedi: "Menim üçün qelem-kağız getirin. Sizin heç vaxt azğınlığa düşmemeniz üçün vesiyyetname yazım." Lakin yanında olanlar mübahise etmeye başladılar. Halbuki, heç bir peyğemberin yanında mübahise etmek olmaz. Onlar dediler: "Buna ne olub ki, bele sayıqlayır? Onu başa salın. Onlar Peyğemberin (s) sözünü qebul etmediler. Peyğember (s) dedi: -Meni terk edin. Menim olduğum iş sizin devet etdiyinizden xeyirlidir. { Sehihi-Buxari. cild 5. Seh. 511 "El-Meğazi" kitabı. "Merzun-nebiyy sellellahu eleyhi ve alihi ve vefatuhu" babı. }

Başqa bir revayetde ise İbn-Abbas deyir: "Peyğember (s) can üste idi ve evde bir neçe nefer kişi de var idi. Peyğember (s) dedi: - Gelin etrafıma cem olun. Sizin azğınlığa düşmemeyiniz üçün vesiyyetname yazım. Lakin onların bezisi dedi: "Peyğemberin (s) ağrıları ona üstün gelib. Axı sizin elinizde Quran var. Allahın kitabı bize kifayetdir. Bu zaman evde olanların arasında ixtilaf düşerek bir-birlerile mübahise etmeye başladılar. Onların bezisi "Azğınlığa düşmemeniz üçün qoyun sizin üçün vesiyyetname yazsın" deyir, bezisi ise başqa söz deyirdi. İxtilaf ve boş-boş söhbetler qızışarken Peyğember (s) onlara dedi: - "Durun gedin" Übeydullah deyir: "İbn Abbas dedi: - Rüsvayçılıq bunda idi ki, onların ixtilaf ve yersiz hereketleri Peyğemberin (s) vesiyyetname yazmasına mane oldu". { Sehih-Buxari. Cild 5. Seh.512. "El-meğazi" kitabı. "Merezun-nebiyy sellellahu eleyhi ve alihi ve vefatutu" babı. }

Üçüncü defe revayetde İbn-Abbas deyir: "Peyğember (s) can üste idi. Evde bir neçe kişi var idi. Ömer-ibn Xettabda onlarla idi. Peyğember (s) dedi: - Etrafıma cem olun. Azğınlığa düşmemeniz üçün vesiyyetname yazacağam. Ömer dedi: "Peyğembere (s) ağrıları üstün gelib. Sizin ki, elinizde Quran var. Allahın kitabı bize kifayetdir. Bu zaman evde olanların arasında ixtilaf düşerek bir-birlerile mübahise etmeye başladılar. Onların bezisi azğınlığa düşmemeniz üçün qoyun sizin üçün vesiyyetname yazsın deyir, bezisi ise Ömerin dediyi sözü deyirdi. İxtilaf ve boş-boş söhbetler qızışarken Peyğember (s) onlara dedi: "Durun gedin". Übeydullah deyir: - İbn Abbas dedi: "Rüsvayçılıq bunda idi ki, onların ixtilaf ve yersiz hereketleri Peyğembere (s) vesiyyet yazmaqda mane oldu. { Sehih-Müslüm.

1 2 3 4 5 6 7 8

Dəlil və Nəticə
wap.ziyaret.im