wap.ziyaret.im :: İmamların sayını sübut eden deliller
İmamların sayını sübut eden deliller
Hezret Muhemmed (s) özünden sonra Qureyşden on iki imam ve ya xelifenin olmasını xeber vermişdir. Buxari "Sehih" kitabında öz senedile Cabir-ibn-Semreden revayet ederek deyir: - Eşitdim ki, Peyğember (s) deyir: "On iki emir olacaq: Daha başqa bir söz de dedi ki, eşitmedim. Atam dedi ki, o, deyir: "Onların hamısı Qureyşdendir". { Sehihi-Buxari. Cild 9. Seh 250. "El-ehkam" kitabı. "Seyekunu isney aşara emiren" babı. "Mektebetur riyaz" metbeesi }
Müslim öz sehihinde revayet ederek dedi: "Qiyamet gününden din qalacaq ve ya sizin üçün on iki xelife geleçek ki, onların hamısı qureyşdendir." { Sehihi-Müslim. "El-imaret" kitabı. "En-nasutebie li qureyş" babı. Cild 4. Seh 482. "Darduş-şeb bişerhin-necebi" metbeesi. }
Hemçinin Müslim "Sehih" kitabında başqa bir hedis revayet ederek deyir: "İnsanların işi, onlara on iki imam rehberlik etmeyenedek revan olmaz". { Sehih-Müslim "El-imaret" kitabı. "En-nasu tebie liqureyş" babı. Cild 4. Seh 482. "Daruş-heb bişerhin-nevevi" metbeesi. }
Ehmed "Müsned" kitabında öz senedile Abdullah-ibn-Mesuddan revayet ederek deyir: -Peyğemberden (s) xelifeler barede soruşduqda dedi: - Onların sayı Beni-İsrail rehberleri kimi on iki neferdir". { Müsnedi-Ehmed. Cild 1, seh 389. }
Ehli-kitabın "Tövrat"ında da bu barede söz açılır: - Allah-teala İbrahimi İsmaille müjdeledi, ve onun da neslini çoxaldaraq on iki emir ve ezemetli ümmet qerar verdi. { Sefrit-tekbin. 20:17 }
Ezemetli ümmetden meqsed, İsmailın (e) neslinden qaynaqlanan Hezreti Muhemmedin (s) ümmeti ve o Hezretden (s) sonra xelife ve ya imam olan on iki emirdir. Onlarda Hezret Muhemmedin (s) neslinden qaynaqlanır. Evvelde deyilen sehih hedislerden meqsed de onlardır.
Ola bilsin ki, sünni alimlerinin heyretde qaldıqları meselelerden biridir. Hansı ki, adı çekilen on iki xelifenin kimliyini eyni menalı ve qenaetbexş şekilde açıqlaya bilmemişler. Halbu ki, onların baresinde çoxlu sehih hedislerde söhbet açılır. Hetta bu mesele onlar üçün çaşdırıcı tapmacaya çevrilib. Onların bu mesele etrafında olan açıqlamaları anlaşılmazlıqla doludur. Ekser hallarda bu anlaşılmazlıq on iki neferin sayını istenilen xelifeler toplumu ile uyğunsuz olmaqla, aparıb qaranlıq yollara çatdırır. Bu xelifelerin sayı evvel dörd xelifeden başlayıb, Emevi, Abbasi, ve Osmani xelifelerinde qurtarır. Meger adı çekilen on iki nefer bu xelifelerdendirmi?
Onların çaşqınlıqları, misal getireceyimiz bu hedisde üze çıxır; Süyuti deyir: "Dörd xelife Hesen, Müaviye, İbn-Zübeyr ve Ömer ibn-Ebdül-Eziz on iki neferdendir. Bunların sayı sekkiz nefer oldu. Ehtimal olunur ki, Emevilerden olan Ömer-ibn

1 2 3 4 5 6

Dəlil və Nəticə
wap.ziyaret.im