wap.ziyaret.im :: Günün duası
Həmd-səna öz qüdrəti ilə gecənin qaranlığını aparıb, öz rəhməti ilə gündüzün nurunu gətirən Allaha məxsusdur – nemətlərinə qərq oluğum halda;
Allahım, məni bu günədək qoruduğun kimi sonrakı günlərdə də qoru;
Salam göndər Məhəmməd və onun ailəsinə;
Bu gündüz və gecə, sonrakı günlər haram işlərə əl uzatdığıma, günahlarıma görə məni cəzalandırma;
Bu günün xeyri və onda olanları, sonrakı günlərin xeyrini mənə ruzi et;
Bu günün şəri və onda olanları , sonrakı günlərin şərini məndən uzaqlaşdır;
Allahım, mən İslam əhdi ilə Səninlə ünsiyyət axtarıram, Quran ehtiramla Sənə etimad edirəm;
Məhəmməd-Mustafa salavatullah və onun ailəsi vasitəsilə Səndən şafaət soraqlayıram;
Allahım, istəyimin yerinə yetməsində ümid etdiyim əhdi qəbul et;
Ey mehribanların mehribanı; Allahım, cümə axşamı mənim beş istəyimi qəbul et;
Yalnız Sənin böyüklüyünlə onlar həyata keçər;
Yalnız Sənin nemətlərinlə onlara güc çatar:
Vasitəsilə Sənə itaət gücü qazanacağım sağlamlıq, məni mükafatına nail edəcək pərəstiş, halal ruzi ilə bolluq, bərzəx və qiyamətin təhlükəli dayanacaqlarında məni öz amanında saxla, qəmli hadisələrdən öz pənahında qoru;
Salam göndər Məhəmməd və onun ailəsinə;
O həzrətə təvəssülümü (onu vasitə seçməyimi) qiyamət günü mənə şəfaət və faydalı qərar ver;
Həqiqətən Sən mehribanların mehribanısan!

İslamda bugün
wap.ziyaret.im