wap.ziyaret.im :: Her şey qedim Mayya sivilizasiyasından bize qalmış teqvimin üze çıxmasından sonra başladı…
Her şey qedim Mayya sivilizasiyasından bize qalmış teqvimin üze çıxmasından sonra başladı…

Meksikanın Antropologiya muzeyinde qorunan «Güneşin daşı» adlı teqvim bazalt-monolit daşından olub, 3,5 metr diametrde, 24 ton çekidedir. Evvel o rengli olub. Daşın merkezinde Tonatiy Mayya – Allah Güneş, onun etrafında ise 4 neheng ERA simvolu çekilib. Teqvimde 2 tarix xüsusi işarelenib: 20 may ve 21 dekabr 2012.

Mayın 20-si Güneş tutulacaq, ele buradan da planetar facieler start götürecek ve dekabra qeder süretle davam edecek. Ondan sonra… Ondan sonra heç ne yoxdur. Heç bir reqem, heç bir simvol.

Mayyalılar hesab edirdi ki, beşeriyyet ilahi tshikller çerçivesinde dövr edir. İlk insan yaranandan artıq 5 tshikl ve ya onların dilince desek, «Güneş dövrü(ERASI)» yaşanıb. İndi insanlar, ele mayyalıların özleri de V Güneşde yaşayır. Evvelki ERALAR dehşetli felaketler neticesinde Yer üzünden silinib.

I Güneş – 4008 il davam edib ve 3 böyük zelzele ile dağılıb. Ehalisini yaquarlar (ve ya dinozavrlar) yeyib.

II Güneş – 4010 il davam edib, qara külekle mehv olub.

III Güneş – 4081 il davam edib, odlu yağış, vulkan ve krater püskürmesinden yanıb.

IV Güneş – 5026 il sürüb ve subasma neticesinde dağılıb. (Nuhun tufanı)

V Güneş – bizim ERADIR ki, hele davam edir. Onu mayyalılar «Hereket Güneşi» adlandırıb. Çünki bu ERALARDA felaketler Yerin öz oxundan çıxması neticesinde yaranacaq. Mayyalıların araşdırmasına göre, bu tshikl eramızdan evvel 3113-cü ilin 13 avqustundan başlayıb. V Güneş artıq qocalıb, o, öz ömrünün son akkordlarını vurur.

Mayya xronologiyasına göre, V Güneş dövrü eramızdan evvel 3114-cü ilin 12 avqustunda başlayıb ve 2012-ci il dekabrın 12-de bitecek. Ondan sonra Yerde yeni ERA-VI Güneş dövrü başlayır.

1 2

2012
wap.ziyaret.im