wap.ziyaret.im :: Edqar Keysi
Edqar Keysi

Dahi loğman Edqar Keysinin heyatı barede yazmışdıq, amma onun proqnozlarından xeber tutmağın meqamı indi yetişdi.

1920-ci illerde verdiyi XXI esre aid proqnozlarında deyilir:

III Dünya müharibesi görmürem, evezinde dehşetli felaketler gözlenilir. Qlobal istileşme soyuq iqlimi tropike çevirecek. Amerikanın böyük hissesi su altında qalacaq. Havay vulkanları oyanacaq. Yeni yaranacaq sivilizasiyanın merkezi Şerqi Sibir olacaq. Keys beyan etmişdi ki, o özü de 2100-cü ilde Nebraksda yeniden doğulacaq ve verdiyi öncegörmelerin neticesini şexsen yoxlayacaq. Demeli, 2100-cü ilde Yerde heyat olacaq.

Artur Klark – meşhur ingilis yazıçısı, «Kosmik Odisseya» eserinin müellifi. Onun eserlerindeki ekser hadiseler olduğu kimi deqiq vaxtında gerçekleşib. Artur hele II Dünya Müharibesinde iştirak ederken XX esrin texniki keşfleri barede proqnozlar vermişdi: raket ve teyyareleri axtaran radiolakasiya, kosmosda sputnik, Ümumdünya kitabxanasının yaranması (bu internetdir), süni ağılın yaradılmasına cehd, Aya insan uçuşu, insanın klonlaşdırılması ve s. O, 2010-cu ilden sonra Yerin veziyyetini bele görür:

2010-da kvant generatorları yaranacaq.

2012 - kosmik teyyare uçuşları.

2014 - kosmik mehmanxananın açılışı.

2020 - süni intellekt insan derrakesine beraber olacaq

2021- Marsa insan köçürülmesi

Belece, Artur Klarkın proqnozları ta 2090-cı ile kimi davam edir. Demeli o, 2012-de dünyanın sonu olacağını tesevvürüne getirmeyib. Doğrudan da, bu qeder texniki inqilabı yaşamadan dünyanın sonu nece çata biler?

1 2

2012
wap.ziyaret.im