wap.ziyaret.im :: Barmağa üzük taxmağın fezileti ve onun qaydaları haqqında
Barmağa üzük taxmağın fezileti ve onun qaydaları haqqında

Bu haqda neql olunmuş hedis ve revayetlerde üzüyün sağ ele taxılması tövsiye edilmişdir.Üzerinde müqeddes yazı,şekil daş olan üzükler ayaq yoluna gederken barmaqdan çıxarılmalıdır.Hezreti Peyğember (s) Eli (e)-a etdiyi tövsiyelerinin birinde buyurur: "Bize iman getirmiş heqiqi müselmanlar üzüklerini sağ ellerine taxarlar.Mikayıl ve Cebrail de bu sünnete emel ederler.Bu işi sene de tövsiye edirem.Üzük qaşlarinin en feziletlisi ise qırmızı eqiqdir."
Kişilere qızıl haram olduqu üçün onlar gümüş üzüklerden istifade etmelidirler.Adi demir,polad ve bürüncden düzeldilmiş üzüklerden (ister kişi,istersede qadin) istifade etmek mekruhdur.
Peyğember (s)-ın barmaqına taxdığı üzük gümüşden idi."Muhemmedun Resulullah" (Mehemmed Allahın elçisidir).
Eli (e) adeten dörd üzük taxardı,bela ve düşmenlerden qorunmaq üçün eqiq,bezek üçün yaqut,qüvvet üçün çin eqiqi,kömeklik üçün ise firuze qaşlı üzükler taxardı.
İmam Sadiq (e) neql olunmuş hedisde deyilir:"barmaqlarına eqiq üzük taxan emeli-saleh möminler her zaman xoşa gelmez hadiselerden ve qem qüsseden uzaq olarlar.
Revayetlerden birinde deyilir:Cennetde qırmızı ,sarı ve ağ rengli eqiqden üç dağ vardır veonların her birinin üzerinde üç ev vardır.Bu evlerden biri Peyğember (s)-ın,biri hezreti Fatime (e)-ın, o biri ise Eli (e)-ındır.Evlerin altından buz kimi soyuq ve süd kimi ağ çaylar axir.Bu çaylardan yalnız Peyğember (s),onun övladları ve onların davamçıları içer.
Allah-teala eqiq üzük taxılmış elleri daha çox sever ve dualarını müsteceb eder".
İmam Hüseyn (e)-dan neql olunmuş hedisde deyilir:"Hezreti Musa (e) Tur dağında Allah-teala ile münacat etdiyi zaman yere nezer saldı ve üzünün nurundan eqiq yarandı.SonraAllah-tealadan ona bele bir xitab geldi.And olsun müqeddes zatıma! Eli ibni Ebi Talibin imametini qebul edib barmaqlarına eqiq üzük taxanları cehennem ateşinden amanda saxlayaram."
Eli (e)-dan neql olunmuş hedisde deyilir:"elinde eqiq üzük olan emeli-saleh bir müselmanın namazı bir desde camaatın namazından daha üstündyr."

Ziyaret.im

1 2

Möminlərin zinəti
wap.ziyaret.im