wap.ziyaret.im :: Yemekden sonrakı qaydalar haqqında
Yemekden sonrakı qaydalar haqqında
Eli (e)-den neql olunmuş hedisde deyilir: "yeyib qurtardıqdan sonra süfreye düşen çörek qırıntılarını yığıb yeyin.Bu insanı feqirlikden ve yoxsulluqdan uzaq eder.Seferde olduğunuz zaman ise çörek qırıntılarını ve yemeyinizin qalıqlarını çöl heyvanları ve quşlar üçen saxlayın."
Peyğember (s) çöreye böyük ehemiyyet vererdi.Günlerin bir günü O, Aişenin evine gelerken astanada çörek qırığı tapır.Onu qaldırıb yeyerek Aişeye deyir:Allahın nemetini eziz tut!Eger insan ona nesib olan nemetlerin qedrini bilmezse onu itirer ve bir daha elde etmeye qadir olmaz.
Revayetlerden birinde deyilir.İmam Rza(e) xidmetçilerine de özü yediyi yemeklerden verer ve yemek zamanı onlara iş buyurmazdı.
İmam Sadiq (e) sehabelere çöreyin ehemiyyetini beyan ederken bezen bu revayeti onlara neql ederdi:Sersar çayının kenarında şad xürrem yaşayan qebilelerden biri çörekle özlerinin ve uşaqlarını necisini temizleyerdiler.Günlerin bir günü bu menteqeden ötüb keçen emeli-saleh bir şexs bu ehvalatı görüb çox teeccüb edir:O,bu qebileden olan yaşlı bir qadına yaxınlaşıb deyir.Allahın nemetlerini eziz tutun ve onlardan lazımı qaydada istifade edin,yoxsa böyük bir belaya düçar olarsınız.Qadın deyir:Ne qederki bu çay bizim kenarımızdan axır,bizim heçneden qorxumuz yoxdur,Çox keçmeyir,çayın suyu azalır ve uzun müddet yağış yağmayır.Onlardan bir çoxu ölür,bezileride buranı terk etmek mecburiyyetinde qalırlar.

1 2

Möminlərin zinəti
wap.ziyaret.im