wap.ziyaret.im :: Müasir İran
Müasir İran
İrana qayıtmış Xomeyni dini ve siyasi rehber kimi qarşılandı. Müveqqeti hökumetin lideri Mehdi Bazarqanın iştirakı ile 15 neferden ibaret İslam İnqilabı Şurası yaradıldı. 1979-cu ilin 1 aprelinde ölke İran İslam Respublikası, daha sonra ise Xomeyni ömürlük lider elan edildi.

1980-cı ilde Meclise keçirilmiş seçkiler neticesinde İslam Respublikası Partiyası (Xomeyni ve onun terefdarları) qalib geldi. Tezlikle ölke prezidenti Ebülhesen Benisdar ve İRP arasında açıq mübarize başladı. Bendisar ve İran Mücahidleri teşkilatı ölkenin klerikal (din ölke siyasetine tesir) idare metodunun eksine çıxırdılar. 1981-ci ilin iyununda mücahidler üsyana qalxdı, Xomeynin gösterişi ile Meclis ölke prezidentine impiçmnet elan etdi, prezident vezifesinden getdi. Yeni prezident keçmiş baş nazir Recai oldu, Baş nazir postuna Mehemmed Cevar Behonar geldi. İlyarımdan sonra mücahidlerin üsyanı yatırıldı. Avqustda Recai ve Behonar bomba partlaması neticesinde helak oldu. Yeni prezident Seyid Eli Xameneyi oldu, Baş nazir postuna Mir Hüseyn Musavi seçildi. 1984-cü ilde meclise keçirilen seçkilerde İRP yeniden qalib geldi. 1985-ci ilde keçirilmiş seçkilerde Xameneyi yeniden prezident seçildi. Ölkede geden prosesler yüzlerle zadegan ailesini xarice emiqrasiya etmeye mecbur etdi.

İranda baş veren şie inqilabının ölke şielerine tesirini azaltmaq, hemçinin Fars körfezinde yegane hakim olmaq isteyi İraqı 1980-cı il İrana qarşı müharibe başlamağa mecbur etdi. Her iki terefin zeiflemesinde menafe güden qerb müxtelif vaxtlarda İranı ve İraqı destekledi. Ümumi ziyan 300 mlrd. dollara çatdı. İranın cenubdakı neft infrastrukturuna hedsiz ziyan deydi. 1988-ci ilde İran BMT-nin desteyi ile Küveyt ve Seudiyye Erebistanı ile diplomatik elaqelere başladı. 8 il davam eden müharibe neticesinde heç bir teref qalib gelmedi.

1980-cı illerin sonunda İranda mühafizekarlar ve islahatçılar arasında baş veren hakimiyyet daxili qarşıdurma İRP-nin buraxılması ile neticelendi, yeni seçkilerde islahatçılar qalib geldiler. Ölkedaxili ve beynelxalq siyasetde radikal dini siyaset mülayimleşdi.

Xomeyni 1989-cu il iyunun 3-de vefat etdi. Konstitusiyaya deyişiklikler edildi, ömürlük lider Xameneyi seçildi, Baş nazir postu leğv edildi. Prezident Meclisin spikeri Eli Ekber Haşemi-Refsencani seçildi. Yeni hökumetin terkibine islahatçılarla yanaşı mühafizekarlar da daxil oldular.

1990-cı ilde İraq Küveyte hücumu ile elaqedar İranla sülh bağlayıb, diplomatik elaqelere başladı. Buna baxmayaraq İran Küveyte hücumu pisledi, BMT-nin sanksiyalarına emel etdi. Qerb qoşunlarının Küveytde olmasını arzulamayan İran onların Fars körfezinden çıxarılmasını teleb edirdi. 1991-ci ilde Küveytden İraq qoşunlarının çıxarılması ile İran-İraq münasibetleri yeniden gerginleşdi. Bununla yanaşı

1 2 3 4 5

Iran elləri
wap.ziyaret.im