wap.ziyaret.im :: Meşhed
Meşhed
Müqeddes Meşhed şeheri Xorasan eyaletinin paytaxtıdır. Şerq iqtisadi rayonunun en böyük şeheri, iqtisadi, siyasi ve medeni merkezidir. Meşhed erebce «müqqedes şexsin şehid olduğu yer» menasını bildirir. O, Iranın şimal-qerbinde Keşevrud çayı deresindedir. Ehalisinin sayı 800 min neferdir. Meşhed demir yol ve avtomobil yolları qavşağıdır.

Tarixi

Meşhed haqqında ilk melumat X yüzilin sonuna aiddir. XI esrde Meşhedin yerinde Senaabad kendi olmuşdur. 1736-1747-ci illerde Nadir şah dövletini paytaxtı idi. Meşhed şielerin müqeddes şeheridir. Revayete göre İmam Rza burada öldürülmüşdür. Onun meqberesi şie bayramları dövründe ziyaret ocağına çevrilir. Bele bayramlarda şeherin ehalisi teqriben 2 defe artır.

Memarlığı

Meşhed memarlıq abideleri ile zengin bir yerdir. Burada Gövherşad mescidi, Şah mescidi, Nadir şahın meqberesi ve onun at üstünde tuncdan heykeli var. Qedim Tus şeherinin xarabalığı Meşhedin 25 km aralıdır. Burada X yüzile aid körpü, Firdovsinin qebri ve s. qalmışdır.

İqtisadiyyatı

Meşhede metal emalı, toxuculuq, deri-ayaqqabı, yeyinti senayesi saheleri vardır. Kustar senetkarlıq (zergerlik ve xalçalıq) öz ehemiyyetini saxlayır. Şeherde qedim tarixe malik kitabxana, universitet var.

1 2

Iran elləri
wap.ziyaret.im